Beş ildir fenomenə çevrilən "Yaprak dökümü” serialı kədərli sonluqla bitdi. Serialın finalı ilə bağlı bir çox iddia ortaya atılmışdı. Amma maraq doğuran bütün suallar ötən axşam cavabını tapdı. Final seriyasında Oğuz suçunu etiraf edərək həbs edildi, Şevket isə azadlığa çıxdı. Necla və Əli Sarpelin boşanma məhkəməsi başa çatdı. Məhkəmədən çıxanda Əli Sarpel Neclanın hamilə olduğunu öyrəndi. Sədəf Əmirlə evləndi. Azadlığının ilk dəqiqələrində toy xəbərini alan Şevket bu xoşbəxtliyin uzaq və səssiz seyrçisi oldu. Nikahdan qayıdan və Şevketin azadlığa çıxması xəbərini Əli Rza bəyə çatdırmaq sevincini yaşayan ailə evdə onun öldüyünü gördü. Əli Rza bəyin ölümündən sonra Hayriyyə xanım övladları Leyla, Şvket və Ayşe ilə İstanbulu tərk etdi və Trabzona qayıtdı. Uzun müddətdir küsülü olan Leyla və Necla atalarının tövsiyyəsinə əməl edərək barışdı. Tekin ailəsinin boşaltdığı və satlığa çıxarılan evin son qonağı Fərhundə oldu. Qeyd edək ki, "Yaprak dökümü” ilk dəfə 1988-ci ildə TRT-də nümayiş etdirilmişdi. 2006-cı ildə isə Kərəm Çatayın prodüsserliyi ilə serial kimi yenidən çəkildi və ötən günə qədər nümayiş olundu.
|