Fərid Gülağa oğlu Əhmədov 1986-cı il 19 yanvarda Cəlilabad şəhərində dünyaya gəlib.
1992-ci ildə Cəlilabad şəhər Nizami adına 1 saylı orta məkdəbdə 1-ci sinifə gedib. 2003-cü ildə orta məktəbi bitirib. Həmən il Heydər
Əliyev adına ali məktəbə daxil olub. 2007-ci ildə oranı bitirib, 2007-2008- ci illər Təlim-Tədris Mərkəzində leytenant rütbəsi almaq üçün kurs
keçmiş və müvəffəqiyyətlə uğur qazanaraq rütbə almışdır. 2008-2009-cu illərdə Gəncədə xidmət etmişdir . 2009-cu ildə könüllü olaraq öz ərizəsi ilə Tər-tərə döyüş bölgəsinə təyinat almışdır, uğurlu xidmətinə görə tez bir zamanda baş leytenant rütbəsi alaraq kəşfiyyat bölük komandiri olmuşdur. 2010-cu il sentyabrın 4-də əməliyyat zamanı ermənilərə zərbə endirərək qəhrəmancasına şəhid olmuşdur. Bu günə qədər onun mübarək cənazəsi erməni mənfurlarındadır. Dövlət tərəfindən şəhidin ailəsinə deyirlər ki, danışıqlar gedir, biz onu alacağıq.
Qəhrəmancasına şəhid olan bu Cəlilabad sakinləri sanki Seyyid Mübarizin mübarizlik dərsindən ilham almışdılar. Şəhid Fərid Əhmədovun dayısı Aslan Bayramovdan bacısı oğlunun qəhrəmanlığı ilə bağlı münasibət belə bildirilib:
"Fərid uşaq yaşlarından güləşlə məşğul olur, pis adətlərdən çəkinərdi. Rayonumuzun İslama və Əhli-Beyt mədəniyyətinə yaxın olması onun dini mühitdə böyüyüb başa çatmasına imkan yaratmışdı. Oruc tutar və namaz qılardı. (Qeyd edək ki, şəhid olarkən Fərid oruc olub). Çox vətənpərvər idi. Vətənpərvərliyini, hətta öz şerlərində də büruzə verirdi. Şəhadətinə 1-2 ay qalmış o, tez-tez məzuniyyətə gələrdi. Həmişə də "mən şəhid olacam" deyirdi. Onun şəhadəti həqiqətdə bizi narahat etsə də, bir baxımdan şəhidliyin böyük məqam olduğuna görə sevinirik".
Son olaraq qeyd edək ki, Allah və Vətən qarşısında borcunu qəhrəmanlıqla yerinə yetirərək şəhid olmuş bu gənclərimizlə bütün dünyadakı azərbaycanlıların fəxr etdiyinə və onların ruhunu uca tutduğuna inanırıq!
Şəhidlər ölməz, Vətən bölünməz! Şəhidlər unudulduqları zaman ölərlər!
|