Главная Мой профиль Регистрация Выход Вход
Приветствую Вас Гость | RSS
Вторник
17.12.2024
10:45
Мой сайт
Xeberler [43]
Mahnılar [10]
Saytım necədir?
Всего ответов: 242

Hal-hazirda saytda: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » Статьи » Xeberler

Azərbaycan yollarında maksimal sürət artırılıb
Yenilik Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə baş tutub

Azərbaycanda yeni salınan magistral yollarda maksimal sürət 120-dək artırıla bilər. Artıq bir sıra yollarda Nəqliyyat Nazirliyi tərəfindən sürətin saatda 120 kilometr/saata kimi artırılması ilə bağlı yol hərəkət nişanları quraşdırılıb.


Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Lent.az-a bildirib ki, qanunla maksimum sürət saatda 110 kilometrdir: "Yol Hərəkəti Haqqında Qanunun 50-ci maddəsinə görə, maksimal sürət yaşayış məntəqələrində saatda 60, şosse yollarında 90, magistrallarda 110 kilometr saatdır. Yeni salınmış magistrallarda isə Nəqliyyat Nazirliyi tərəfindən sürətin saatda 120 kilometrə kimi artırılması ilə bağlı nişanlar quraşdırılıb. Bu, bizim səlahiyyətlərimiz daxilində deyil”.


Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə maksimal sürət məsələsi ilə bağlı "Yol Hərəkəti Haqqında Qanun”a dəyişiklər edilə biləcəyini deyib: "Sürət həddinin artırılması Nəqliyyat Nazirliyinin təşəbbüsüdür. Ola bilsin ki, biz bir qədər zamanı qabaqlayırıq. Lakin yeni istifadəyə verilmiş yollar tam müasir tələblərə cavab verir. Ona görə də sürət həddinin saatda 120 kilometr kimi göstərilməsi normaldır”.
Категория: Xeberler | Добавил: qosqar112 (06.01.2011)
Просмотров: 1037 | Рейтинг: 4.4/178
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Поиск
Друзья сайта
Мини-чат
200

 Copyright MyCorp © 2024