Главная Мой профиль Регистрация Выход Вход
Приветствую Вас Гость | RSS
Вторник
17.12.2024
10:38
Мой сайт
Xeberler [43]
Mahnılar [10]
Saytım necədir?
Всего ответов: 242

Hal-hazirda saytda: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » Статьи » Xeberler

Bakıdakı tarixi yaşayış binaları hərraca çıxarıla bilər

Bakının mərkəzindəki tarixi yaşayış binalarının qorunması və onların turizm baxımından cəlbediciliyinin artırılması üçün maraqlı təklif irəli sürülüb.

"Böyük Bakının Regional İnkişaf Planı” Layihəsinin icra qrupunun rəhbəri Novruz Eldarlı "APA-ECONOMICS”ə bildirib ki, memarların əksəriyyətinin dəstəklədiyi təklifə əsasən, həmin binalardakı mənzillərin hərraca çıxarılması, yeni sakinlər tərəfindən abadlaşdırılması şərti ilə, hərracda satılması nəzərdə tutulur. Həmin mənzillərin indiki sakinlərinin isə başqa ərazilərdə evlərlə təmin olunması təklif edilir.

N.Eldarlı bildirib ki, əsas məqsəd həmin binaların tamamilə abadlaşdırılmasıdır: "Bunlar sovet dövrünün nəticələridir ki, belə bahalı - mərkəzi ərazilərdə yerləşən binalarda imkansız insanlar yaşayırlar. Nəticəsi də odur ki, həmin adamlar bu tarixi binalara baxa bilmirlər. Bəzi binaların sakinləri hətta evin girişini lazımi səliqədə saxlaya bilmir və nəticədə həmin memarlıq abidələri sökülür, halbuki bu Bakının tarixidir. Ona görə də həmin şəxslər ya kifayət qədər kompensasiya ödəməklə, ya da uyğun mənzillə təmin olunmaqla başqa yerə köçürülməlidir. Evdən çıxmaq istəməyənlərin qarşısına isə bu binaların abadlaşdırılması, yaxşı vəziyyətdə saxlanması ilə bağlı sərt tələblər qoyulmalıdır. Binaları yaxşı vəziyyətdə saxlamaq üçün başqa yol yoxdur - bu, bütün dünyanın praktikasıdır”.

Təkliflərdə tarixi və memarlıq abidələrinin arasında yerləşən daxmaların sökülərək onların yerində sağlam, yüksək keyfiyyətli memarlığa malik, küçələrin siluetini (hündürlüyünü) pozmadan yeni binaların tikilməsi də nəzərdə tutulur.

Bakıya turistlərin marağının artırılması üçün digər təklif hazırda paytaxtın Nərimanov və Azərbaycan prospektləri arasındakı ərazidə yerləşən yaşayış binalarının da abadlaşdırılması və həmin ərazinin Bakının tarixi mərkəzi olan İçərişəhərin ətrafına birləşdirilməsidir: "Bu ərazilərdəki binaların 50%-dən çoxu qiymətli və tarixi binalardır”.
Категория: Xeberler | Добавил: qosqar112 (08.01.2011)
Просмотров: 785 | Рейтинг: 4.9/180
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Поиск
Друзья сайта
Мини-чат
200

 Copyright MyCorp © 2024