Avstriyada üç həvəskar "iPhone”nin funksiyalarını yerinə yetirən dəyirmi masa hazırlayıb. "Table Connect” adlı yeni texnologiya adi "iPhone”nin masa böyüklükdə olan prototipidir. Mobil "iPhone”ləri xüsusi naqil vasitəsilə bu masaya qoşaraq cihazın bütün funksiyalarından istifadə etmək mümkündür. "Table Connect”də hələlik sadəcə "iPhone3GS” və "iPhone 4”-dən istifadə etmək mümkündür. Gənc təşəbbüskarlar bunun başqa telefonlarda da istifadəsi üçün fəaliyyətlərinin davam etydiyini bildiriblər.
|