Ötən gün Fransanın Ren şəhərindəki bijuteriya mağazalarından biri vəhşi donuzların hücumuna məruz qalıb.
Lent.az-ın "Quest-France” saytına istinadla verdiyi xəbərə görə mühafizəçi polis gələnə qədər heyvanları mağazadan qova bilib. Bununla belə, donuzlar satıcıları yaralayıb və mağazaya külli miqdarda zərər vurub.
Eyni mənbənin xəbərinə görə qabanlar qonşu kənddə təşkil olunmuş yarışlardan qaçıb. Polis də vəhşi heyvanların mühafizəçi tərəfindən zərərsizləşdirildiyini təsdiq edib.