Azərbaycanın populyar müğənnisi Rəqsanə İsmayılovanın qızı Aysun yerli mobil operatorlardan birinin keçirdiyi SMS müsabiqədə avtomobil udub. Fox.az-ın məlumatına görə, Rəqsanə bunun həm özü, həm də 13 yaşlı qızı üçün gözlənilməz olduğunu söyləyib. «Aysun suallara cavab verməyə başladı və düzgün cavablar onun müsabiqənin növbəti mərhələsinə keçməsilə nəticələndi. Sonda isə o, «Volkswagen Golf» avtomobili uddu», - deyə Rəqsanə bildirib.
Qeyd edək ki, bu avtomobilin qiyməti 21 500 manatdır. Aysun maşının əvəzinə pulu götürmək fikrindədir: «Mən hələ maşın sürmək üçün çox balacayam. Pul bizə maşından daha çox lazımdır. Axı maşınımız var».