Yerli telekanalın hazırladığı 15 saniyəlik çarxda ABŞ prezidenti Barak Obamanın mətbuat konfransından çıxan zaman qapını təpiklə açdığı əks olunub. Montaj o qədər ustalıqla hazırlanıb ki, buna baxan heç kim ilk baxışdan onun saxta olduğunu sezə bilməyib.
Görüntü YouTube portalında da xeyli populyarlıq qazanıb. Videogörüntüyə diqqətlə baxdıqda, prezidentin solundakı göy rəngli bayrağın üzərində kadrın necə dəyişdiyi hiss olunur. Bu, Obamanın həmin bayrağın önündən keçdiyi an baş verir.
|