Şükür etməliyik ki,Allah-Təala bizə bu dərki nəsib edib,bu yolun mübarəkliyini agah edib.Rəsuli-Əkrəmin (s) gətirdiklərindən bəhrələnə bilirik.Allah-Təala bu mərifəti nəsib etdiyi bəndələrin bir üzərinə minnət qoyub.Və bu minnətə şükür etmək o demək deyil ki,insan yalnızca "əlhəmdulillah"desin,bu tanımanı nəsib etdiyinə görə Uca Allaha təşəkkür etsin.Bu,əlbəttə öz yerində,dillə iqrar etmək lazımdır,qəlbən şükürlü olmaq gərəkdir.Hər birimiz Həzrət Peyğəmbər (s) mübarək vücudunun hasil etdirdiyi hidayət nemətindən nə dərəcədə doğru-dürüst istifadə edirik?Bizlər bu mövzu üzərində mütəmadi olaraq düşünsək,nemətin nə olduğu,şükrün nə olduğu,şükürü necə etmək,həqiqi şükür edənlərdən nə yolla olmaq mümükündür kimi sualların cavabını taparıq.Siz necə şükür etməyi bacarırsınızmı?Fikirlərinizi bizimlə bölüşün